"Atletiko"nun futbolçusu mərc oyunlarına görə günahlandırılır

"Atletiko"nun futbolçusu Kiran Trippyer haqqında araşdırmaya start verilib.



90plus.az İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 29 yaşlı oyunçu mərc oyunlarında iştirakda günahlandırılır.

İngiltərə millisinin üzvünün  "Tottenhem"dən "Atletiko"ya keçdiyi 2019-cu ilin iyulunda qaydaları pozduğu bildirilir.


Qeyd edək ki, Trippyerə mayın 18-nə qədər günahsız olduğunu sübuta yetirməsi üçün vaxt verilib.

0 comments

Recent Posts

See All