“Lion”un keçmiş hücumçusu Mussa Dembele “Əl-İttifaq”a keçəcək.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. 24 saat ərzində oyunçunun tibbi yoxlanışdan keçəcəyi gözlənilir.
Dembelenin “Lion”la müqaviləsi bu yay başa çatıb. Bundan əvvəl o, “Atletiko”, “Seltik” və “Fulhem”də çıxış edib.
