"Atletiko" Simeone ilə razılaşdı

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamağa hazırlaşır. 90plus.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Bu barədə AS nəşri məlumat yayıb. “Atletiko” yaxın zamanda Simeone ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq. 2012-ci ildən “Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir. Qeyd edək ki, “Atletiko” La Liqada son mövsümün qalibi olub.

0 comments