
"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalayıb. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı məşqçinin müqaviləsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb. Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisinə başçılıq edir.