"Atletiko" və "Real"ın oyunları təxirə salındı


La Liqasının 9-cu turunda iki oyunun vaxtı dəyişdirilib. 90plus.az xəbər verir ki, "Real Madrid" - "Atletik" və "Qranada" - "Atletiko" oyunları Ali İdman Şurasının tələbi əsasında təxirə salınıb. Bu qərar dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə oyunları ilə bağlıdır. Bu görüşlərin ÇL-da çıxış edən İspaniya klublarına mənfi təsir edəcəyi bildirilib. Qeyd edək ki, matçları yeni tarixi yaxın günlərdə açıqlanacaq.

0 comments