"Atletiko"ya qol vuran qapıçı "Sevilya"da

"Sevilya" qapı xəttini gücləndirib. 90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Marko Dmitroviçi heyətinə cəlb edib. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Dmitroviç ötən mövsüm "Eybar"da çıxış edərkən La Liqanın 19-cu turunda "Atletiko"nun qapısına qol vurmaqla adından söz etdirib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, serbiyalı qapıçının karyerasında ilk və hələlik sonuncu qoludur.

0 comments