top of page

Avarçəkənimiz Paris -2024-ə vəsiqə qazandı!


Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.


90plus.az xəbər verir ki, Dımçenko Macarıstanın Seqed şəhərində təşkil edilən  Avropa Olimpiya Təsnifat reqatasında bu uğura nail olub.

İdmançımız yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub.


Bu nəticə ilə avarçəkənimiz əsas final - A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilir.


Diana A finalında 2-ci olub. 



0 comments
bottom of page