Avro-2020: Böyük Britaniya səfiri İsveçrəli həmkarı ilə görüşüb!


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.


90plus.az ın məlumatına görə, Şarp bu barədə tvitter hesabında paylaşım edib.

O, Uels yığmasının İsveçrə ilə Bakıda baş tutacaq matçına toxunub: "İsveçrəli həmkarımla görüşdük. AVRO-2020-nin oyununda bir-birimizə uğurlar arzuladıq".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək olacaq. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil ediləcək.

0 comments

Recent Posts

See All