AVRO-2020: 12 şəhərin ilkin azarkeş təminatları


90plus.az xəbər verir ki, AVRO-2020-ni qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.


Artıq 12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib.


London (İngiltərə) "Uembli" stadionu (Tutumu: 90 000 tamaşaçı) - mayın ortalarınadək 10 000, 21 iyundan isə qeyri-məhdud sayda azarkeş gələ bilər;


Qlazqo (Şotlandiya)

"Hempden Park" (Tutumu: 51 000 tamaşaçı) - 12 000 (25 faiz) azarkeş gələ bilər;


Dublin (İrlandiya)

"Aviva Arena" (Tutumu: 51 700 tamaşaçı) - Minimal sayda azarkeşə təminat verə bilmir. Bu səbəbdən, təşkilatçılıq hüququndan məhrum ediləcəyi gözlənilir;


Kopenhagen (Danimarka)

"Parken" stadionu (Tutumu: 38 000 tamaşaçı) - 11 000 - 12 000 tamaşaçı gələ bilər;


Sankt Peterburq (Rusiya)

"Sankt Peterburq Arena" (Tutumu: 68 000 tamaşaçı) - 50 faiz tamaşaçıya təminat verib;


Bilbao (İspaniya)

"San Mames" stadionu (Tutumu: 53 000 tamaşaçı) - Yoluxma enəcəyi halda, 13 000 tamaşaçı gələ bilər;


Buxarest (Rumıniya)

Milli Stadion (Tutumu: 55 600 tamaşaçı) - 13 000 tamaşaçı gələ bilər;


Münhen (Almaniya)

"Alyans Arena" (Tutumu: 75 000 tamaşaçı) - Almaniya Futbol İttifaqı yerli orqanlardan azarkeşlərin stadionlara gəlişinə şərait yaratmalarını xahiş edib;


Roma (İtaliya)

Olimpiya Stadionu (Tutumu: 72 000 tamaşaçı) - İtaliya hökuməti azarkeşlər üçün ən yaxşısını edəcəyinə söz verib. Bəzi məlumatlarda 20 000-dək tamaşaçıya şərait yaradılacağı bildirilir;


Budapeşt (Macarıstan)

"Ferents Puşkas" stadionu (Tutumu: 67 200 tamaşaçı) - Hələ rəsmən açıqlamayıb;


Bakı (Azərbaycan)

Bakı Olimpiya Stadionu (Tutumu: 68 700 tamaşaçı) - Hələ rəsmən açıqlanmayıb.



0 comments

Recent Posts

See All