AVRO-2020: 8 şəhərin UEFA-ya təminatı


90plus.az xəbər verir ki, AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək təşkilatçı şəhərlərdən 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib.


Onların arasında A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı şəhəri də var.


Azərbaycan paytaxtı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) sözügedən məsələ barədə UEFA-nı məlumatlandırıb.


UEFA-nın açıqladığı məlumata əsasən, ən çox azarkeş Macarıstan paytaxtında olacaq. Ölkə "Puşkaş Arena"ya ümumi azarkeş tutumunun (67 215) 100 faizi qədər tamaşaçı buraxılacağını açıqlayıb.


Münhen (Almaniya), Roma (İtaliya), Bilbao (İspaniya) və Dublin (İrlandiya) isə tamaşaçılarla bağlı planlarını aprelin 19-da təqdim edəcəklər. Bu şəhərlər barədə yekun qərar məhz həmin gün veriləcək.

0 comments