Avro-2020: açılış matçının hakimi bəlli oldu


İtaliya və Türkiyə yığmaları arasında AVRO-2020-nin açılış matçının təyinatları müəyyənləşib. 90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda keçiriləcək görüşü Niderland Futbol İttifaqından Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 38 yaşlı referiyə Hessel Stiqstra və Yan de Vris yardımçı olacaq. 4-cü hakim funksiyasını fransalı qadın referi Stefani Frappar yerinə yetirəcək. Görüşün VAR hakimi isə niderlandlı Kevin Blum olacaq. Qeyd edək ki, İtaliya - Türkiyə oyunu iyunun 11-də Romada oynanılacaq.

0 comments