Avro-2020: Avtoqol antirekordu yenilənib!


AVRO-2020-nin bütün matçları ərzində avtoqol (3) üzrə antirekord təkrarlanıb, hərçənd hələ 12 matç oynanılıb.

90plus.az xəbər verir ki, AVRO-2016-da da futbolçuların öz qapılarına vurulmuş qolların sayı da 3 olub.

Ötən gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində Almaniya və Fransa yığmalarının görüşünün 20-ci dəqiqəsində Mats Hummelsin avtoqolu turnirdə üçüncü avtoqol olub. Daha əvvəl türk futbolçu Merih Demiral (İtaliya ilə oyunda) və polyak Voytsex Şensnı (Slovakiyaya qarşı oyunda) topu öz qapılarına göndərib.

Xatırladaq ki, Fransa yığması Avropa çempionatının qrup mərhələsinin matçında Almaniyanın millisinə qalib gəlib - 1:0.

Fransa yığması növbəti turda Macarıstanla oynayacaq. Görüş iyunun 19-da olacaq.

Almaniya seçməsi isə Portuqaliya yığması ilə görüşəcək. Bu matç da 19 iyunda keçiriləcək.

0 comments