Avro-2020: Bakıda azarkeş sayı artırıla bilər


90plus.az xəbər verir ki, Avro-2020-nin Bakıda keçiriləcək oyunlarında azarkeş sayı artırıla bilər. Bunu UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı Türkiyə mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, azarkeş sayı stadionun tutumunun 50 faizindən 75 faizinə qədər artırıla bilər: “İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bu, 75 faizə qədər də arta bilər. Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun. Bilirik ki, bütün stadion bizi dəstəkləyəcək. Orada çox uğurlu çıxış edəcəyimizə inanırıq”.

0 comments

Recent Posts

See All