Avro-2020: Bakıdakı son oyuna satılan bilet sayı


Avropa çempionatının 1/4 final mərhələsinin bu gün Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.


90plus.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma üçün 23 000-dən bir qədər çox bilet satılıb: "Stadionda 24 000-dən artıq azarkeşin olacağı gözlənilir. Çünki hazırda bilet satışı davam edir".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. BOS-da daha əvvəl A qrupunun 3 oyunu da baş tutub.

0 comments