top of page

“Avro-2020” Bakıda – Məşq stadionları, otellər…

Sabah futbol üzrə Avropa çempionatı start götürür.

90plus.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq bu nüfuzlu yarışın 3-ü qrup, 1-i isə 1/4 final olmaqla 4 oyunu Bakıda keçiriləcək. A qrupunun 4 təmsilçisindən 3-nün – Türkiyə, Uels və İsveçrənin bəzi oyunları Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Artıq Uels və İsveçrə komandaları iyunun 7-də ölkəmizə gəliblər. Türkiyə isə iyunun 11-də İtaliya ilə Romada keçirəcəyi açılış oyunun ertəsi günü Azərbaycana səfər edəcək. Bəs, oyunlara hazıqlıq üçün bu komandalar paytaxtımızda hansı arenada hazırlaşacaq, onlar harada məskunlaşacaqlar?

AFFA-nın mətbuat xidmətindən bildirilib ki, Uels "Hilton" otelini, İsveçrə "Bilgah Beach Hotel"i seçib. Qardaş Türkiyə millisi isə "Fairmont Bakü Flame Towers"də qalacaq.

Məşqlərə gəlincə, Uels Tofiq Bəhramov adına Respublika Stadionu, İsveçrə Mərdəkandakı "Dalğa Arena", Türkiyə isə “Bakcell Arena”da məşq edəcək. Hər komanda Bakıdakı oyundan bir gün öncə son məşqini isə Bakı Olimpiya Stadionunda keçirəcək.

Bakıdakı keçiriləcək oyunların siyahısı 12 iyun Uels – İsveçrə

16 iyun Türkiyə - Uels

20 iyun İsveçrə - Türkiyə

3 iyul 1/4 final

0 comments
bottom of page