top of page

Avro-2020: Canlı əfsanə bu gün son oyununa çıxır!


Şimali Makedoniya futbolunun canlı əfsanəsi Qoran Pandev milli karyerasını başa vurur.

90plus.az xəbər verir ki, Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda bu gün Niderlandla keçiriləcək görüş 38 yaşlı hücumçu üçün vida matçı olacaq. Bunu ölkəsinin mətbuatına açıqlamasında Pandev özü deyib: "Bəli, bu mənim üçün milli komandanın formasıdakı son matçdır. Düşünürəm ki, bu, milli komanda ilə vidalaşmaq üçün uyğun andır". 1/8 finala çıxmaq şansını itirən Şimali Makedoniya millisi də bu gün turnirdə son oyununu keçirəcək.

Qeyd edək ki, 20 ildir milli komandanın şərəfini qoruyan Qoran Pandev 121 oyuna 38 qol vurub. İtaliyanın "Cenua" klubu ilə müqaviləsi başa çatan veteran hücumçunun futbolçu karyerasını bitirəcəyi də gözləniləndir.

0 comments
bottom of page