Avro-2020-də şəhər dəyişikliyi!


UEFA-nın Avropa çempionatı oyunlarının keçiriləcəyi iki şəhərlə bağlı qərarı bəlli olub.


90plus.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəhbəri Zbignev Bonek rəsmi tvitter hesabında bildirib.


O, İspaniyanın Sevilya şəhərinin Bilbaonun yerinə matçlara ev sahibliyi edəcəyini yazıb. İrlandiyanın paytaxtı Dublində keçirilməli olan qarşılaşmalar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub.


Qeyd edək ki, Dublin və Bilbao Polşa yığmasının yer aldığı E qrupunun oyunları ilə yanaşı, 1/8 final mərhələsinin matçlarına da ev sahibliyi etməlidir

0 comments

Recent Posts

See All