Avro-2020-də 1/8 finalın son 5 iştirakçısı müəyyənləşir

Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.

90plus.az xəbər verir ki, E və F qrupunda keçiriləcək oyunlardan sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.

E qrupunda İspaniya Slovakiya ilə qarşılaşacaq. İspanlar qrupdan çıxmaq üçün mütləq qalib gəlməlidir. Slovakiyanı isə heç-heçə də qane edəcək. E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlkəcək. Birincilər 1/8 finala vəsiqə əldə edibsə, Polşaya qrupdan çıxmaq üçün ancaq qələbə lazımdır.

“Ölüm qrupu” sayılan F qrupunda da isə Fransa pley-offa vəsiqəni təmin edibsə, digər 3 komandanın 1/8 finala çıxmaq şansı var.

Almaniya Münhendə Macarıstanla qarşılaşacaq. Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçə etsə, hər iki komanda pley-offa yüksələcək. Turun mərkəzi matçında isə Avropa çempionatının son finalçıları qarşılaşacaq. Portuqaliya Avro-2020-nin finalında məğlub etdiyi, son dünya çempionu Fransa ilə üz-üzə gələcək. 23 iyun Avro-2020 3-cü tur E qrupu 20:00. Slovakiya – İspaniya Baş hakim: Byörn Kuypers (Niderland) Sevilya. “Kartuya” stadionu 20:00. İsveç - Polşa Baş hakim: Maykl Oliver (İngiltərə) Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu


F qrupu

23:00. Almaniya - Macarıstan Baş hakim: Sergey Karasyov (Rusiya) Münhen. “Allyans Arena”

23:00. Portuqaliya – Fransa Baş hakim: Antonio Mateu Lahoz (İspaniya) Budapeşt. “Puşkaş Arena”

0 comments