AVRO-2020-də dəyişiklik ola bilər


Futbol üzrə 2020-ci il Avropa çempionatı İngiltərənin London və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilə bilər.


90plus.az xəbər verir ki, bu barədə "beIN Sports"un müxbiri Tankredi Palmyeri özünün Twitter hesabında yazıb.


O, bildirib ki, UEFA təşkilatçı şəhərlərin sayını azaltsa, bu varianta üstünlük verəcək. Çünki hər iki şəhər turnir zamanı mümkün qədər çox azarkeş qəbul etməyə hazır olduqlarına zəmanət verib.


Daha əvvəl UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşsiz keçirilməyəcəyini vurğulayıb.


Turnirin Rusiya hissəsinin Təşkilat Komitəsi Sankt-Peterburqdakı matçlara stadionun ümumi tutumunun 50 faizi həcmində tərəfdar buraxıla biləcəyini təsdiqləyib. .

0 comments

Recent Posts

See All