AVRO-2020: Daha bir şəhər azarkeşlərlə bağlı açıqlama verib


90plus.az xəbər verir ki, AVRO-2020-nin Romada keçiriləcək oyunlarına azarkeşlər buraxılacaq.


Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Gabriele Gravina qurumun rəsmi saytına açıqlamasında deyib.


O bildirib ki, artıq məsələ ilə bağlı yerli hökumətdən razılıq alınıb. Gravina oyunlar zamanı tribunada Olimpiya Stadionunun ümumi azarkeş tutumunun (72 000 tamaşaçı) 25 faizi qədər tamaşaçı olacağını bildirib (hər matçda 18 000 fanat iştirak edəcək).

0 comments

Recent Posts

See All