Avro-2020 daha bir şəhərdən alındı!



İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarına ev sahibliyi hüququndan məhrum edilib.

"90plus"un məlumatına görə, bu barədə Polşanın "PolsatSport" nəşri xəbər yayıb.

Bildirilib ki, Dublində keçirilməli olan matçlar Rusiyanın Sankt-Peterburq şəhərinə həvalə olunub. Rəsmi açıqlamanın aprelin 23-də veriləcəyi vurğulanıb.

Daha əvvəl İspaniyanın Bilbao şəhərinin AVRO-2020-yə ev sahibliyi etməyəcəyi dəqiqləşib. Qitə çempionatı Almaniyanın Münhen şəhərindən də alına bilər.

Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

0 comments