Avro-2020 / Erdoğan: "Çox həyəcanlıyam"


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Avro-2020”də milli komandalarının bugünkü oyunu ilə bağlı paylaşım edib.

90plus.az xəbər verir ki, R.T.Ərdoğan rəsmi sosial şəbəkələri vasitəsi ilə bu sözləri yazıb: “Çox həyəcanlıyam. Bilirəm, hamımız həyəcanlıyıq. “Avro-2020”də bu gün bizim çocuqlar meydana çıxır. Şenol hocam, övladlarım... Nəticə nə olursa olsun, sizləri hər zaman sevdiyimizi bilin. Hər zaman yanınızdayıq. Allah yardımçınız olsun”. Xatırladaq ki, bu gün “Avro-2020”nin açılış oyununda Türkiyə və İtaliya komandaları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

0 comments

Recent Posts

See All