
Avro-2020-nin qrup mərhələsi davam edir. 90plus.az xəbər verir ki, 10-cu oyun günündə 3-cü tura 2 oyunla start veriləcək. A qrupunda Türkiyə millisi Bakıda İsveçrə ilə qarşılaşacaq. Ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala çıxmaq istəyən kollektiv son şansından yararlanaraq rəqibini məğlub etməlidir. Digər matçda isə artıq pley-offa vəsiqəni təmin edən İtaliya Uelslə üz-üzə gələcək. Avropa çempionatı
A qrupu, 3-cü tur
20:00. İsveçrə - Türkiyə Baş hakim: Slavko Vinçiç (Sloveniya) Bakı Olimpiya Stadionu. 20:00. İtaliya - Uels Baş hakim: Ovidiu Hatseqan (Rumıniya) Roma, "Olimpiko" stadionu.
