AVRO-2020: Hakimlərin formaları təqdim edildi



90plus.az xəbər verir ki, UEFA AVRO-2020-də hakimlərin istifadə edəcəyi geyim dəstlərini təqdim edib.


İtaliyanın "Macron" şirkətinin hazırladığı formaların dizaynında ənənəvi rənglərdən istifadə edilib: sarı, qara, mavi və çəhrayı.


Formaların üzərində bərabərlik hissini çatdırmaq üçün sərhədlərin və maneələrin silindiyi Avropa xəritəsi əks olunub. Formalar incə materialdan hazırlanıb və maksimum hava keçiriicilik qabiliyyətinə malikdir.



0 comments