AVRO-2020: İsveç millisinin futbolçusundan koronavirus çıxdı

İsveç millisinin futbolçusu Deyan Kuluşevskinin koronavirus testi müsbət nəticə verib.

90plus.az "Sportbladet" nəşrinə istinadən məlumatına görə, bu barədə komandanın həkimi bildirib. O, 21 yaşlı yarımmüdafiəçinin təcrid olunduğunu diqqətə çatdırıb.


İtaliya "Yuventus"undan dəvət almış oyunçu Avropa çempionatında yığmanın ən azı bir matçını buraxmalı olacaq. İlk turda İsveç İspaniya ilə üz-üzə gələcək.


E qrupunun qarşılaşması iyunun 14-də olacaq.

0 comments