AVRO-2020: Matçlara biletlər nə vaxt satışa çıxarılacaq?


90plus.az xəbər verir ki, AVRO-2020-nin Bakıda oyunları üçün bilet satışının bərpa ediləcəyi tarix bəlli olub.


Oyun biletləri mayın ortalarından satışa çıxarılacaq. Biletləri UEFA-nın rəsmi saytı vasitəsi ilə yalnız onlayn almaq mümkündür.


UEFA daha əvvəl Bakıdakı matçlar üçün qiymətləri 30 avro, 75 avro və 125 avro məbləğində müəyyənləşdirib.


Ötən ilin fevralında açıqlanmış son məlumata əsasən, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmalara 118 840 bilet satılmışdı.

0 comments