Avro-2020: Elxan Məmmədov Mirror nəşrinə Uels azarkeşləri ilə bağlı açıqlama verdi


Niderland höküməti Uels azarkeşlərinə Avro-2020 matçları üçün Amsterdama gəlmək qadağası qoyub, Danimarkalılara isə yalnız 12 saatlıq icazə verilib!

90plus.az Mirror nəşrinə istinadən xəbər verir ki, buna səbəb Uelsin koronavirus baxımından etibarlı ölkələr siyahısında olmamasıdır. Lakin Danimarkalılara 12 saatlıq ölkə və stadiona girişə icazə verilib.

Bu da Uels azarkeşlərinin ciddi qəzəbinə səbəb olub. Üstəlik, onlara yarışdan öncə bu barədə xəbərdarlıq edilməməsi də narazılığı artırıb.

Uels hökuməti və Uels Futbol Assosiasiyası azarkeşlərə matça səyahət etməməyi tövsiyə edir.


AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov isə Mirror nəşrinə verdiyi müsahibədə uelsli azarkeşləri Bakıda yenidən görəcəyinə ümid etdiyini söyləyib:


"Bakıdakı atmosfer yalnız "Qırmızı Divar"ın beynəlxalq futbola gətirə biləcəyi elektrik enerjisi ilə yaranmışdır. Ümid edirəm azarkeşlər bizdən məmnun qaldılar və özlərini Azərbaycana yaxın hiss etdilər. Bu komandanın 3 iyulda Bakıda 1/4 finala çıxması üçün hər cür şans var.

Bu turda çətin matçdan qalib ayrılsalar, onları tezliklə yenidən görməkdən məmnun olardıq.

Uels azarkeşlərinin Bakıya yalnız futbol üçün deyil, həm də Bakının mədəniyyətinə, tariximizə və şəhərimizin müasir və qədim memarlıq incilərinə şahid olmaq üçün gəlməyi bizi sevindirir".


0 comments