Avro-2020-nin ən yaxşısı seçildi



Avro-2020-nin ən yaxşı gənc futbolçusu müəyyənləşib. 90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, turnirin ən yaxşısı İspaniya millisinin futbolçusu Pedri seçilib. Pedri Avro-2020-də 629 dəqiqə meydana olub. O, 6 matça çıxıb. Pedri ümumilikdə 76, 1 km məsafə qət edib. 18 yaşlı yarımmüdafiəçinin verdiyi ötürmələrin dəqiqliyi isə 92,3 faiz olub. Qeyd edək ki, İspaniya yarımfinalda İtaliyaya uduzaraq yarışda mübarizəni dayandırıb

0 comments