Avro-2020-nin Bakıdakı ilk oyununun hakimləri açıqlandı

Avro-2020-nin qrup mərhələsinin Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

90plus.az xəbər verir ki, görüşün baş hakimi Fransa Futbol Federasiyasından Kleman Türpen olacaq. Ona Nikolas Damos və Kiril Qrinqore köməklik göstərəcək. 4-cü hakim funksiyasını serbiyalı Srdan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı François Letexierdir.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.

0 comments