AVRO-2020: Paraşütlə meydana daxil oldu, azarkeşlərə xəsarət yetirdi!


Fransa və Almaniya milli komandaları arasında Münhendə keçirilən Avropa çempionatı oyunu başlamazdan əvvəl azarkeşlərdən biri paraşütlə meydana enib.

90plus.az UEFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində fanatlardan bir neçəsi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Paraşütün üzərində ətraf mühitin çirklənməsinə qarşı şüar yazılmışdı. Həmin şəxs meydana düşdükdən sonra təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qarşılaşma Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. AVRO-2020-yə iyulun 11-də yekun vurulacaq.

0 comments