Türkiyə- öz evindəki kimi... Bakıda!

Rumıniyanın paytaxtı Buxarestdə futbol üzrə 2020 -ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

90plus.az xəbər verir ki, ev sahibliyini Roma və Bakının edəcəyi A qrupunda İtaliya, Türkiyə, İsveçrə və Uels olub. İtaliyadan başqa digər 3 ölkənin oyunları Bakıda- Bakı Olimpiya Stadionunda baş tutacaq Ən diqqətçəkən qruplardan biri F qrupu olub. Burada amansız mübarizə Portuqaliya, Fransa, Almaniya və arasında olacaq! Bütün qrupun komandaları: A qrupu: Türkiyə, İtaliya (ev sahibi), İsveçrə və Uels. B qrupu: Belçika, Rusiya, Danimarka (ev sahibi) və Finlandiya C qrupu: Ukrayna, Hollandiya, Avstriya və D liqasının qalibi D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, Çex Respublikası və , C Liqasının qalibi E qrupu: İspaniya( ev sahibi), Polşa, İsveç və B Liqasının qalibi F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi) Bu oyunlardan başqa 1/4 final mərhələsinin oyunu da Bakıda olacaq. Qeyd edək ki, İtaliyanın hər 3 oyununun Romada baş tutacağı öncədən məlum idi. 16-cı qitə çempionatının açılış qarşılaşması da "Əbədi şəhər" də keçiriləcək. Final matçı üçün Londonun qədim Uemli stadionu seçilib. Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

0 comments