Avro-2020: yarımfinal cütlükləri


Avro-2020-də bütün yarımfinal cütlükləri məlum olub.

90plus.az xəbər verir ki, 1/4 final matçlarından sonra 1/2 final mərhələsində İtaliyanın İspaniya ilə, Danimarkanın isə İngiltərə ilə qarşılaşacağı müəyyənləşib.

İtaliya - İspaniya oyunu iyulun 6-sı 23:00-da, İngiltərə - Danimarka matçı isə iyulun 7-si 23:00-da start götürəcək. Hər iki qarşılaşma İngiltərədəki “Uembli” stadionunda keçiriləcək. Qeyd edək ki, Avro-2020-nin final matçı iyulun 11-də oynanılacaq.

0 comments