AVRO-2020 yeni təşkil variantları?

UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir.

90plus.az "Express.de" saytına istinadən xəbər verir ki, variantlardan biri təşkilatçı şəhərlərin sayının 10-a endirilməsidir.


Bu halda iki şəhər ixtisara düşəcək. Daha radikal ixtisarların mümkünlüyü bildirilir.


İkinci ssenari 5 təşkilatçı ölkə, üçüncü variant kimi iki ölkəli model planlaşdırılır. İndiyədək UEFA belə bir addımı 2012, 2008 və 2000-cü illərdə atmışdır.


Dördüncü variant isə ötən yay Avropa Liqasında olduğu kimi çempionatın yalnız bir ölkədə gerçəkləşməsidir.


Bu baxımdan Almaniyanın Şimali Reyn-Vestfaliya yarış məkanı kimi müzakirə olunur. London (İngiltərə), Vyana (Avstriya) və Lissabon (Portuqaliya) digər alternativ şəhərlərdir.


Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.


Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

0 comments