top of page

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir

Yanvarın 18-dən etibarən “Avro-2020 Bakı Könüllülər Proqramı”nın müsahibə mərhələsinə start verilib.


"90plus.az" AFFA-nın rəsmi saytına istinadən bildirir ki, ZOOM Platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər Avro-2020 Bakı Könüllülər komandasına qoşulacaqlar.


Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.


Koronavirus pandemiyası səbəbindən tərixə salınan tədbir çərçivəsində Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

bottom of page