top of page

AVRO-2024-ün final mərhələsinin püşkatma mərasimi bu tarixdə keçiriləcək

AVRO-2024-ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.


90plus.az - ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresi zamanı mətbuat konfransında açıqlama verib.


Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.


Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.



0 comments
bottom of page