top of page

AVRO-2024: Şotlandiya millisi Kipri darmadağın etdi

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti oyunu keçirilib.


90plus.az məlumatına görə, A qrupunda Şotlandiya millisi Kipr yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 21-ci dəqiqədə Con Makginn, 87-ci və 90+3-cü dəqiqələrdə isə Skott Maktominey vurublar.


Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qonaqlardan Nikolas Yoannu ikinci sarı vərəqə ilə meydandan qovulub.


Şotlandiya seçməsi bu nəticədən sonra 3 xalla hələlik ilk pilləyə yüksəlib. Xalı olmayan Kipr isə sonuncudur.


Qrupun digər matçında İspaniya millisi evdə Norveçlə qarşılaşacaq.


AVRO-2024, seçmə mərhələ

I tur

A qrupu


18:00. Şotlandiya - Kipr - 3:0

Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5


Qeyd edək ki, bu gün daha 6 qarşılaşma baş tutacaq.



0 comments
bottom of page