top of page

Avro-2024: 20 iştirakçı bəllidir


2024-cü il Avropa çempionatının final turnirində iştirak edəcək 24 komandadan 20-si müəyyənləşib.


90plus.az xəbər verir ki, Fransa, Belçika, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya Sloveniya, eləcə də turnirin təşkilatçısı kimi Almaniya Avro 2024-ə vəsiqə qazanıb.


Bugünkü oyunların nəticəsindən asılı olaraq Xorvatiya və ya UELS yığmalarından biri də vəsiqəni təmin edəcək.


Daha 3 iştirakçı pley-offun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

0 comments
bottom of page