Avro 2024 Almaniyada

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatmasının tarixi və yeri müəyyənləşib.

90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşk Hamburq şəhərində olacaq.  24 komandanın qatılacağı püşkatma mərasimi 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, Avro-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.

0 comments

Recent Posts

See All