
Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində 6-cı oyununa çıxıb.
90plus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edirb. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matç Avstiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəqibin qolunu və Toral Bayramovun əla şansı dəyərləndirə bilməməsi epizodunu aşağıdakı linkdən izləyə bilərsiniz:
Bu qələbə ilə Avstriya Avro-2024-ün final mərhələsinə vəsiqəni təmin edib.
Qrupun digər matçında Belçika evdə İsveçlə qarşılaşacaq.
Qeyd edək ki, Azərbayca millisi oktyabrın 13-ü keçirilən 5-ci oyununda səfərdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib. Bu, komandanın Avro-2024-ün seçmə mərhələsində ilk qalibiyyəti olub.
16 oktyabr
20:00. Azərbaycan - Avstriya - 0:1
Qol: Marsel Sabitzer, 48-pen.
Qırmızı vərəqə: Quido Burgstaller, 90+4 (Avstriya)
Baş hakim: Aristotel Diamantopulosd (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
22:45. Belçika - İsveç
