top of page

Avro-2024: Bu gün 2-ci tura yekun vurulacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulacaq.


90plus.az xəbər verir ki, üç qrupda ümumilikdə 7 oyun keçiriləcək.


İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edəcək.


A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.


I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili sınağa çəkəcək.


AVRO-2024, seçmə mərhələ

II tur

28 mart

A qrupu

20:00. Gürcüstan - Norveç


22:45. Şotlandiya - İspaniya


Xal durumu: İspaniya - 3, Şotlandiya - 3. Gürcüstan - 0 (oyun keçirməyib), Norveç - 0, Kipr - 0


D qrupu

22:45. Türkiyə - Xorvatiya


22:45. Uels - Latviya


Xal durumu: Türkiyə - 3. Uels - 1, Xorvatiya – 1. Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0


I qrupu

22:45. İsveçrə - İsrail


22:45. Rumıniya – Belarus


22:45. Kosovo – Andorra


Xal durumu: İsveçrə - 3, Rumıniya – 3. Kosovo – 1, İsrail – 1. Andorra - 0, Belarus - 0

0 comments
bottom of page