top of page

Avro-2024: Bu gün final mərhələsinin püşkü atılır…


Bu gün Avro-2024-ün final mərhələsinin püşkü atılacaq.

90plus.az xəbər verir ki, Hamburqda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Püşkatmada 21 milli komanda rəqiblərini tanıyacaq. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.


AÇ-2024 

1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya


3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya


4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi


Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

0 comments
bottom of page