top of page

Avro-2024: Gecənin nəticələri

AVRO-2024-ün seçmə mərhələsində II turun daha 8 oyunu keçirilib.


90plus.az xəbər verir ki, B, E, F və G qruplarında növbəti matçlar baş tutub.


Azərbaycan millisinin İsveçə 0:5 hesabı ilə məğlub olduğu F qrupunun digər görüşündə Avstriya Estoniya üzərində 2:1 hesablı qələbə qazanıb.


B qrupunun favoritlərindən Niderland öz meydanında, Fransa səfərdə aktivinə 3 xal yazdıraraq, sensasiyaya imkan verməyiblər.


AVRO-2024, seçmə mərhələ

II tur

24 mart

B qrupu

22:45. Niderland - Cəbəllütariq – 3:0

Qollar: Memfis Depay, 23, Natan Ake, 50, 82


22:45. İrlandiya – Fransa – 0:1

Qol: Benjamin Pavar, 50


E qrupu

22:45. Polşa – Albaniya – 1:0

Qol: Karol Sviderski, 41


22:45. Moldova – Çexiya – 0:0


F qrupu

22:45. İsveç - Azərbaycan – 5:0

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (avtoqol), Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89


22:45. Avstriya – Estoniya – 2:1

Qollar: Florian Kainz, 68, Mixael Qreqoritş, 88 - Rauno Sappinen, 25


G qrupu

22:45. Macarıstan – Bolqarıstan – 3:0

Qollar: Balint Veçsey, 7, Dominik Şoboşlay, 26, Martin Adam, 39


22:45. Monteneqro – Serbiya – 0:2

Qollar: Duşan Vlahoviç, 78, 90+6

0 comments
bottom of page