top of page

AVRO-2024: İspaniya böyük hesabla qalib gəldi, Xorvatiya heç-heçə etdi

AVRO-2024-ün seçmə mərhələsində I tura yekun vurulub.


90plus.az - ın məlumatına görə, son olaraq A, D və I qruplarında ümumilikdə 3 oyun keçirilib.


İspaniya millisi evdə Norveçin qapısından 3 cavabsız qolla qalib gəlib. Xorvatiya yığması doğma meydanda Uelslə heç-heçə edib - 1:1. Rumıniya isə səfərdə Andorradan üstün olub.


AVRO-2024, seçmə mərhələ

I tur

A qrupu


18:00. Şotlandiya - Kipr - 3:0

Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5


23:45. İspaniya - Norveç - 3:0

Qollar: Dani Olmo, 13. Xoselu, 84; 85


Xal durumu: Şotlandiya - 3, İspaniya - 3, Gürcüstan - 0 (oyun keçirməyib), Kipr - 0, Norveç - 0


D qrupu


21:00. Ermənistan - Türkiyə - 1:2

Qollar: Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64


23:45. Xorvatiya - Uels - 1:1

Qollar: Andrey Kramariç, 23 - Neytan Brodhed, 90+3


Xal durumu: Türkiyə - 3, Uels - 1, Xorvatiya - 1, Latviya - 0 (oyun keçirməyib), Ermənistan - 0.


I qrupu


21:00. Belarus - İsveçrə - 0:5

Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65


21:00. İsrail - Kosovo - 1:1

Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)


23:45. Andorra - Rumıniya - 0:2

Qollar: Dennis Man, 35. Denis Alibek, 49

Qırmızı vərəqə: Mark Rebes, 61 (Andorra)


Xal durumu: İsveçrə - 3, Rumıniya - 3, Kosovo - 1, İsrail - 1, Andorra - 0, Belarus -



0 comments
bottom of page