top of page

Avro-2024: Rəqibimizin heyətində dəyişiklik oldu!


Avro-2024-ün seçmə mərhələsində millimizi qəbul edəcək Avstriya yığmasının heyətində dəyişiklik edilib.


90plus.az Avstriya mətbuatına istinadən xəbər verir ki, "Lask"ın qapıçısı Aleksander Şlaget heyətdən kənarlaşdırılıb və onu "Bayer"in qolkiperi Patrik Pents əvəzləyib.


Qeyd edək ki, Avstriya yığması evdə martın 24-də Azərbaycanla, 27-də isə Estoniya ilə qarşılaşacaq.

0 comments
bottom of page