top of page

AVRO-2024: Seçmə mərhələdə VI tura yekun vurulacaq

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulacaq.


90plus.az - ın məlumatına görə, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçiriləcək.


Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutacaq. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı sınağa çəkəcək. İsveç isə final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün evdə Avstriyanı məğlub etməlidir.


Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşəcək. İkinci yerə iddia edən İtaliya ilə Ukrayna birincilərin meydanında üz-üzə gələcəklər.


AVRO-2024-ün seçmə mərhələsiVI tur12 sentyabr


A qrupu22:45. İspaniya – Kipr22:45. Norveç – GürcüstanXal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 6 (3), Norveç – 4 (4), Gürcüstan – 4 (4), Kipr – 0 (4)


C qrupu22:45. İtaliya – Ukrayna22:45. Malta – Şimali MakedoniyaXal durumu: İngiltərə - 13 (5), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4)


F qrupu22:45. Belçika – Estoniya22:45. İsveç – AvstriyaXal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4)


İ qrupu22:45. İsrail – Belarus22:45. Rumıniya – Kosovo22:45. İsveçrə - AndorraXal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5)



0 comments
bottom of page