top of page

AVRO-2024: Türkiyə Ermənistanı məğlub etdi, İsveçrə darmadağınla qalib gəldi

AVRO-2024-ün seçmə mərhələsində I turun növbəti matçları oynanılıb.


90plus.az məlumatına görə, iki qrupda ümumilikdə üç qarşılaşma baş tutub.


D qrupunda Türkiyə yığması səfərdə Ermənistan üzərində əzmkar qələbə qazanıb - 2:1. Hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. "Ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak avtoqol müəllifi olub. 35-ci dəqiqədə Orkun Kökçü uzaq məsafədən baxımlı zərbə ilə tarazlığı bərpa edib. Türkiyə yığmasının qələbə qolunu isə 64-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.


I qrupunda İsveçrə səfərdə Belarusu darmadağın edib - 5:0. İsrail isə evdə Kosovo ilə 1:1 hesablı sülhə razılaşıb.


AVRO-2024, seçmə mərhələ


I tur


A qrupu


18:00. Şotlandiya - Kipr - 3:0

Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

Qırmızı vərəqə: Nikolas Yoannu, 90+5


23:45. İspaniya - Norveç


D qrupu


21:00. Ermənistan - Türkiyə - 1:2

Qollar: Ozan Kabak, 10 (avtoqol) - Orkun Kökçü, 35. Kerem Aktürkoğlu, 64


23:45. Xorvatiya - Uels


I qrupu


21:00. Belarus - İsveçrə - 0:5

Qollar: Renato Şteffen, 4; 17; 29 (penalti). Qranit Caka, 62. Zeki Amduni, 65


21:00. İsrail - Kosovo - 1:1

Qollar: Don Perets, 56 - Eli Dasa, 36 (avtoqol)


23:45. Andorra - Rumıniya


Qeyd edək ki, bu gün daha 3 qarşılaşma baş tutacaq.



0 comments
bottom of page