
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxacaq.
90plus.az xəbər verir ki, F qrupunda yer alan Samir Əliyevin komandası Lüksemburqla qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız qrupda keçirdiyi əvvəlki iki matçda məğlub olub.