AVRO-2028 üçün ev sahibi axtarılır




UEFA 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək istəyən ölkələr üçün tender elan edib. 90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatçılıq niyyətində olan milli assosiasiyalar 2022-ci ilin martınadək müraciət edə biləcəklər. Son qərar 2023-cü ilin sentyabrında açıqlanacaq. Coğrafi cəhətdən bir-birinə yaxın ölkələr birgə müraciət hüququna malikdir. AVRO-2028-də yenə 24 ölkənin iştirakı ilə 51 oyun olacaq. Maraqlanan ölkələr 10 stadion nümayiş etdirməlidir. Onlardan biri minimum 60 000 azarkeş tutumuna malik olmalıdır. Ən azı 50 000 fanat qəbul edən 2, 40 000-lik 4, 30 000-lik isə 3 stadion təqdim olunmalıdır. Qeyd edək ki, AVRO-2024 Almaniyada gerçəkləşəcək.

0 comments