Avro Liqada 1/4 finalçılar müəyyənləşib

Bu gün  Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.



90plus.az xəbər verir ki, ikinci oyun günündə dörd matç keçirilib. "Bayer" "Reyncers"i, "Sevilya" "Roma"nı,  "Bazel" "Ayntraxt"ı, "Vulverhempton" isə "Olimpiakos"u məğlub edərək 1/4 finala yüksəlib.


Qeyd edək ki, dünən "Şaxtyor", "Kopenhagen", "İnter" və "Mançester Yunayted" 1/4 finala vəsiqə qazanmışdı.

6 avqust

1/8 final mərhələsi, cavab oyunları

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0 Qol: Diabi, 51 İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) - 2:0 Qollar: Regilon, 22, En-Nesiri, 44 İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:0 Qol: Frey, 88 İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 1:0 Qol: Ximenes, 8-pen İlk oyun - 1:1 1/4 finalın cütləri

"Vulverhempton" (İngiltərə) - "Sevilya" (İspaniya) "Şaxtyor" (Ukrayna) - "Bazel" (İsveçrə) "İnter" (İtaliya) - "Bayer" (Almaniya) "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

0 comments