Avro Liqada həftənin ən yaxşısı

Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

90plus.az xəbər verir ki, bu, "Sevilya"nın futbolçusu Lyuk De Yonqdur. O, "İnter"lə final matçında 2 qol vurub. Niderlandlı hücumçu səsvermədə komanda yoldaşları Ever Baneqa, Xesus Navas və Jül Kundeni qabaqlayıb.


Qeyd edək ki, "Sevilya" finalda "İnter"ə 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə Avroliqanın qalibi olub.

0 comments